Ana Sayfa > Xəbər > Vilayət Eyvazovdan özünü güllələyən polis rəisinin yerinə TƏYİNAT
Vilayət Eyvazovdan özünü güllələyən polis rəisinin yerinə TƏYİNAT5-12-2021, 13:53. Yazar: admin |
Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə yeni rəis təyin olunub. Vertikal.az əldə etdiyi məlumata görə, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis mayoru Natiq Teymurov təyinat alıb. O, bu təyinatadək həmin şöbədə təhqiqatçı vəzifəsində çalışıb. Qeyd edək ki, 4-cü polis şöbəsinin sabiq rəisi Rahib Mirzəyev sentyabr ayında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib. Xatırladaq ki, R.Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır. Geri dön |