Ana Sayfa > Xəbər > Son 20 ildə miqrantlar ailələrinə yarım trilyon dollardan çox pul göndərib

Son 20 ildə miqrantlar ailələrinə yarım trilyon dollardan çox pul göndərib


2-12-2021, 14:32. Yazar: admin
Son 20 ildə miqrantlar ailələrinə yarım trilyon dollardan çox pul göndərib
Dünyada beynəlxalq miqrantların sayı 1970-ci ildən 2020-ci ilə qədər 84 milyon nəfərdən 281 milyon nəfərə qədər artıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Cenevrədə yerləşən Miqrasiya üzrə beynəlxalq təşkilatın heabatnda deyilir.

“Əlimizdə olan qlobal dəyərləndirmələrə görə, 2020-ci ildə dünyada 281 milyon miqrant qeydə alınıb. Bu da Yer kürəsi əhalisinin 3,6%-ni təşkil edir”,-deyə sənəddə bildirilir.

Hesabatı tərtib edənlər koronavirusun miqrasiyanı durduran amillərdən biri olduğuna diqqət çəkiblər. Ekspertlər tərəfindən hazırlanan məlumata əsasən, əgər pandemiya baş verməsəydi, miqrantların sayı daha 2 milyon çox olardı.

Məruzədə son dövrlərdə miqrantların fəalayyəti nəticəsində son 20 ildə beynəlxalq pul köçürmələrini görünməmiş dərəcədə yüksəldiyi qeyd olunur. Məlum olub ki, bəhs edilən dövr ərzində bu rəqəm 126 milyard dollardan 760 milyard dollara qədər qalxıb. Yalnız COVİD-19 bu miqdarı cüzi miqdarda (2,4%) azaldıb.

Hesabat müəllifləri pul köürmələrində inkişaf etmiş ölkələrin əsas qaynaq olduğunu vurğulayıblar. Bu sahədə birinci yer ABŞ-a məxsusdur. Təkcə 2020-ci ildə bu ölkədən 68 milyard dollar pul köçürülüb. İkinci yer 43 milyardla BƏƏ, üçüncü sıra isə 34,6 milyard dollarla Səudiyyə Ərəbistanına məxsusdur. Bu ölkələrin arxasınca İsveçrə (28 milyard), Almaniya (22 milyard), Çin (18,1 milyard), Rusiya (16,1 milyard) və Fransa (15 milyard) gəlir.
Geri dön