Ana Sayfa > Xəbər > “Borcları var idi, məcbur qaldılar...”- Göyçayda bir ailənin faciəsi

“Borcları var idi, məcbur qaldılar...”- Göyçayda bir ailənin faciəsi


8-05-2015, 12:32. Yazar: admin
“Borcları var idi, məcbur qaldılar...”- Göyçayda bir ailənin faciəsi
Göyçayda bir ailənin 3 üzvünün yanaraq öldüyü dəhşətli yanğının səbəbi məlum olub.

Göyçay Rayon İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, hadisəyə elektik xətlərində baş verən qısa qapanma səbəb olub.

“Həmin ailənin işığa görə çoxlu borcu olub. Borcları geri qaytara bilməyiblər. Buna görə də evə gələn elektik xəttləri bir həftə öncə kəsilib. Onlar məcburiyyət qarşısında qalaraq qanunsuz yolla evə işıq çəkiblər.

Qəfildən həmin xətlərdə qısa qapanma baş verib və ev alışıb-yanıb. Bu zaman evdə olan ailə üzvləri yanaraq dünyalarını dəyişiblər. Hadisə zamanı evin xanımı sağ qala bilib. O, isə hazırda xəstəxanadadır”.

Bildirilib ki, Göyçayın icra başçısı Mübariz Ağayev hadisə yerinə baş çəkib: “Hadisə baş verən zaman icra baçısı ora gəlib və müvafiq göstərişlərini verib. O, hadisədən zərər çəkən şəxsə yadım edilməsi ilə bağlı öz göstərişlərini verib. Hazırda yanğın söndürülüb”.

Qeyd edək ki, hadisə bu gün səhər saat 8:30 radələrində Göyçay şəhərinin Z. Bünyadov küçəsində, 1982-ci il təvəllüdlü Əhmədova Xəyalə Laçın qızına məxsus evdə qeydə alınıb. Ümumi sahəsi 70 kvadratmetr olan iki otaqlı fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb. Yanğın zamanı ev sahibi Xəyalə Əhmədovanın həyat yoldaşı, 1970-ci il təvəllüdlü Babayev Azad Misirxan oğlu, onun iki övladı, 2008-ci il təvəllüdlü Əhmədov İlyas Azad oğlu və 2009-cu il təvəllüdlü Əhmədova Aysu Azad qızı yanaraq ölüb.

Geri dön