Ana Sayfa > Xəbər > Vaşinqton əl açıb dilənən Serjin üzünə tüpürüb, ona pul verdi

Vaşinqton əl açıb dilənən Serjin üzünə tüpürüb, ona pul verdi


8-05-2015, 11:24. Yazar: admin
Vaşinqton əl açıb dilənən Serjin üzünə tüpürüb, ona pul verdi
ABŞ rəsmiləri Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi Birliyinin (Aİİ) üzvü olan Ermənistanda yaranmış vəziyyətin ürək açan olmadığını, qüsurlu biznes mühitinin investisiya üçün əngəl yaratdığını bildiriblər.

ANS PRESS-in məlumatına görə, ABŞ və Ermənistan ikitərəfli investisiyanın və ticarət münasibətlərinin gücləndirilməsi məqsədilə ötən gün çərçivə sazişi imzalayıb. Ermənistan prezidenti Serj Sarkisyan da Vaşinqtonda imzalama mərasiminə qatılıb. Sənədləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və ABŞ-ın Avropa və Yaxın Şərq üzrə ticarət nümayəndəsinin köməkçisi Dan Mullaney imzalayıblar.

Hətta Serj Sarkisian və ABŞ-ın vitse-prezidenti Cozef Bayden Vaşinqton Milli Kilsəsində bir əsr əvvəl qətlə yetirilən erməniləri yad ediblər.

Təbii ki, ABŞ-ın bu addımı ictimai qınaqla qarşılanır, onun bu addımının yersiz olduğu, sözlərinin isə ikibaşlı olduğu üzə çıxır. Bu il aprelin 15-də Amerika hökuməti Serjin şah damarını kəsməyə, Ermənistana ayırdığı maliyyəni azaltmağa və Ermənistanda həyata keçirdiyi bir çox proqramların maliyyələşdirilməsinə dayandırmaq qərarı vermişdi.

Bu barədə ABŞ-ın İrəvandakı səfiri Riçard Mills Ermənistanın baş naziri Ovik Abraamyan ilə görüşdə demişdi. O, qarşılıqlı təsirlərin dərinləşməsinin əhəmiyyətini vurğulayaraq bildirmişdi ki, ABŞ kənd təsərrüfatı, energetika və turizm sahəsində infrastrukturların, vətəndaş cəmiyyətinin və demokratik dəyərlərin inkişafına yönəldilmiş birgə proqramların icrasını bundan sonra davam etdirməyəcək.

İndi isə bu ölkə ilə çərçivə sazişi imzlayaır. Təbii ki, bu, ABŞ-ın ikibaşlı oyunundan başqa bir şey deyil. Təbii ki, bu oyunda peşka və qurbanlıq qoyun Serj Sarkisyandır. Çünki dilənçilik xislətini bir daha nümayiş etdirən, hər səfərində üzünə tüpürtdürən və dostu Putinə arxadan zərbə vuran Serjin qurban gedəcəyi gün heç də uzaqda deyil.

ABŞ rəhbərlərinin bu çərçivə sazişini, davranışını başa düşmək çətin deyil. Zənnimizcə, heç bir maraq doğurmayan, sərmayə üçün qüsurlu biznes mühiti olan Ermənistana, onun rəhbərliyinə yardım verilməsinin səmərəsiz və mənasız olduğunu bilən Ağ evdəki başbilənlər naxələf Sarkisyanın torbaya salınmasıdır.

Xatırladaq ki, ötən il ABŞ ilə Ermənistan arasında ticarət dövriyyəsi 221 milyon dollar olub. Bu isə Ermənistanın xarici ticarətində 4 faiz təşkil edir.

Geri dön