Ana Sayfa > Xəbər > Ermənistanın sabiq müdafiə naziri Tonoyan daha 2 ay həbsdə qalacaq
Ermənistanın sabiq müdafiə naziri Tonoyan daha 2 ay həbsdə qalacaq29-11-2021, 11:49. Yazar: admin |
Ermənistanın sabiq müdafiə naziri David Tonoyan daha 2 ay həbsdə qalacaq. APA-nın xəbərinə görə, bu barədə sabiq nazirin vəkili Sergey Ovannisyan “Azadlıq” radiosuna bildirib. Onun sözlərinə görə, məhkəmə David Tonoyanın həbsi ilə bağlı məsələyə 3 gün ərzində baxıb, qərar noyabrın 27-də dərc olunub. Qeyd edək ki, 2018-2020-ci illərdə müdafiə naziri postunu tutan D. Tonoyan sentyabrın 30-da Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. O, təxminən 4,7 milyon dollar vəsaiti mənimsəməkdə, saxtakarlıqda ittiham olunur. Geri dön |