Ana Sayfa > Xəbər > ECMO cihazına qoşulan COVID xəstəsi uşaq dünyaya gətirdi
ECMO cihazına qoşulan COVID xəstəsi uşaq dünyaya gətirdi28-11-2021, 22:29. Yazar: admin |
Türkiyədə həkimlər daha bir möcüzənin şahidi olub. Vertikal.az xəbər verir ki, Koşuyolu xəstəxanasında süni nəfəs aparatına qoşulan COVID-19 xəstəsi 27 yaşlı Nida Pelit sağlam uşaq dünyaya gətirib. Körpə qeysəriyyə əməliyyatı ilə ananın bətnindən götürülüb. Xanımın həyat yoldaşı tibb müəssisəsinin kollektivinə dərin təşəkkürünü bildirib. Yerli KİV-də yayılan məlumatlara görə, baş verən hadisə ECMO cihazına qoşulan ağır koronavirus xəstəsinin ana olduğu nadir hallardan biridir. Geri dön |