Ana Sayfa > Xəbər > Paşinyan: Ermənistan Rusiyanın təklifini qəbul etməyə hazırdır
Paşinyan: Ermənistan Rusiyanın təklifini qəbul etməyə hazırdır24-11-2021, 09:48. Yazar: admin |
Ermənistan Rusiyanın Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası prosesinin mümkün qədər tez başlamasına yönəlmiş səylərini yüksək qiymətləndirir. Vertikal.az xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, bunu ölkənin baş naziri Nikol Paşinyan çərşənbə axşamı onlayn mətbuat konfransında deyib. "Biz dəfələrlə demişik ki, bu məsələnin həllini tapmaq istəyirik. Ermənistanla Azərbaycan arasında sərhəddin demarkasiya və delimitasiya məsələsində Rusiya dövlətinin səylərini yüksək qiymətləndirmək istəyirəm. Hazırda proses gedir. Təkliflərin detallarını, o cümlədən Rusiya tərəfdən daxil olanların təfərrüatlarını açıqlamağın mənası yoxdur, çünki bu, prosesə mane ola bilər”, - deyə hökumət başçısı qeyd edib. Qeyd edək ki, N.Paşinyan İrəvanın Moskvadan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyasına başlamaq üçün təkliflər aldığını və onları təsdiqləməyə hazır olduğunu bildirmişdi. Bundan əlavə, Paşinyan vurğulayıb ki, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının xəritələrində Ermənistan-Azərbaycan sərhədinin sovet dövründə necə keçdiyi və Rusiya prezidenti Vladimir Putinin oktyabrın 21-də keçirdiyi müşavirədə danışıb. Geri dön |