Ana Sayfa > Xəbər > ANAMA-nın əməkdaşı və DSX-nın giziri Zəngilanda minaya düşüb
ANAMA-nın əməkdaşı və DSX-nın giziri Zəngilanda minaya düşüb20-11-2021, 10:34. Yazar: admin |
Noyabrın 19-u saat 15 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Zəngilan rayonuna ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1972-ci il təvəllüdlü Vaqif Babayevin və Dövlət Sərhəd Xidmətinin giziri, 1999-cu il təvəllüdlü Renat Ağababayevin tank əleyhinə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə prokurorluğa məlumat daxil olub. Baş Prokurorluğun Mətbuat idmətindən APA-ya verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır. Geri dön |