Ana Sayfa > Xəbər > Türkiyə XİN Azərbaycanı təbrik etdi
Türkiyə XİN Azərbaycanı təbrik etdi17-11-2021, 13:02. Yazar: admin |
Türkiyə Xarici İşlər Nazirliyi 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib. Vertikal.az xəbər verir ki, bununla bağlı nazirliyin tviter hesabında paylaşım edilib: "33 il əvvəl bu gün azərbaycanlı qardaşlarımız Azadlıq meydanında müstəqillik iradəsini otaya qoydular. Eyni ruh və inamla işğal altındakı torpaqlarını da azadlığa qovuşduran azərbaycanlı qardaşlarımızın Milli Dirçəliş Günü mübarək olsun", - paylaşımda bildirilib. Geri dön |