Ana Sayfa > Xəbər > Gültəkin Hacıbəyli keçmiş əri ilə yenidən məhkəmədə

Gültəkin Hacıbəyli keçmiş əri ilə yenidən məhkəmədə


7-05-2015, 16:23. Yazar: admin
Gültəkin Hacıbəyli keçmiş əri ilə yenidən məhkəmədə
Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə sabiq deputat Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevə qarşı iddiasına baxılıb.

Vertikal.az Virtualaz.org saytına istinadən xəbər verir ki, Gültəkin Hacıbəyli Yasamal Rayon Məhkəməsinin Mahmud Mehdiyev barəsində olan hökmündən şikayət edib.

Məhkəmə sabiq deputatın şikayətini rədd edərək M.Mehdiyevə bəraət verilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Qeyd edək ki, Gültəkin Hacıbəyli Mahmud Mehdiyevin 2014-cü il, mayın 17-də keçirdiyi mətbuat konfransında keçmiş həyat yoldaşı tərəfindən təhqir olunduğunu iddia edərək Mehdiyevin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.

Yasamal Rayon Məhkəməsi qarşı tərəfin təqdim etdiyi sübutlarda 147.1, 147.2 və 148-ci maddələr üzrə ittihamlar olmadığından Mahmud Mehdiyevə bəraət vermişdi.

Geri dön