Ana Sayfa > Xəbər > General tutduğu vəzifədən AZAD OLUNDU
General tutduğu vəzifədən AZAD OLUNDU10-11-2021, 18:49. Yazar: admin |
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavinlərindən biri işdən çıxarılıb. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, general-mayor Şahvələd Əliyev Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad olunub. Qeyd edək ki, Ş.Əliyev 2018-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsində çalışırdı. Ona 2019-cu ilin fevral ayının 11-də general-mayor ali hərbi rütbəsi verilib. Xatırladaq ki, Ş.Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin qardaşıdır. Geri dön |