Ana Sayfa > Xəbər > Süni tənəffüs aparatına qoşulan baş direktorun - SON DURUMU

Süni tənəffüs aparatına qoşulan baş direktorun - SON DURUMU


10-11-2021, 13:31. Yazar: admin

Süni tənəffüs aparatına qoşulan baş direktorun - SON DURUMU
“Hazırda atam aparata qoşulu vəziyyətdədir, artıq təhlükəli dönəmi keçirib. Həkimlərin sözlərinə görə, ötən gün onun kritik dönəminin sonuncu günü idi. Bu gündən səhhətində yaxşılaşma var”.

Bunu Cebhe.info-ya koronavirusa yoluxub, vəziyyəti ağırlaşdığı üçün Mərkəzi Gömrük Hospitalına yerləşdirilən, süni tənəffüs aparatına qoşulan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürovun qızı Lalə Şükürova atasının səhhəti ilə bağlı danışarkən deyib.

Lalə Şükürova atasının ağciyərlərində 70-80 faiz “buzlu şüşə” aşkarlandığını deyib:

“Bu ayın 1- də analiz verdi, COVID- ə yoluxması barədə bu zaman öyrəndik. Evdə müalicəsini həkim nəzarəti altında alırdı, sadəcə iki saat ərzində vəziyyəti dəyişdi. Qızdırması, təzyiqi qalxdı, saturasiya 70- ə düşdü. Ailəmizin heç bir üzvündə yolxuma aşkarlanmayıb. Hər birimiz bununla bağlı analiz vermişik”.

Qeyd edək ki, K.Şükürov Tarix İnstitutun baş direktoru vəzifəsinə bu ilin əvvəlində təyinat alıb.
Geri dön