Ana Sayfa > Xəbər > Moskvadakı bütün aeroportlar işini dayandırdı
Moskvadakı bütün aeroportlar işini dayandırdı7-05-2015, 15:43. Yazar: admin |
![]() Rusiyanın paytaxtı Moskvada bütün hava limanları öz işinə 50 dəqiqəlik fasilə verib. ANS PRESS-in məlumatına görə, buna II Dünya Müharibəsində Qələbənin 70-illiyi münasibətilə mayın 9-da keçiriləcək hərbi paradın sonuncu məşqinin keçirilməsi səbəb olub. Moskva hava limanları yerli vaxtla saat 10:30-dan 11:20-dək işini dayandırıb. Həmin müddətdə müxtəlif aerodromlardan uçan təyyarə və helikopterlərin səmada düzülüş təşkil edilib. Bu zaman yalnız 9-11 min metr yüksəklikdə tranzit sərnişin təyyarələrinin uçuşuna icazə verilib. Analoji məhdudiyyətlər mayın 9-da hərbi parad zamanı da qüvvədə olacaq. Geri dön |