Ana Sayfa > Xəbər > Ermənilər vahiməyə düşdü

Ermənilər vahiməyə düşdü


7-05-2015, 15:32. Yazar: admin
Ermənilər vahiməyə düşdü
İrəvan əhalisi vahimə içərisindədir. Buna Rusiya təyyarələri və helikopterlərinin Ermənistan paytaxtı üzərində səmaya qalxması səbəb olub.

Erməni xəbər portalları manevr edən rus təyyarə və helikopterlərinin öz uçuşlarını həyata keçirmək üçün milyon insanın yaşadığı İrəvanı seçməsini tənqid edib. Saytlar təyyarələrin manevri üçün daha təhlükəsiz ərazinin seçilə biləcəyinin mümkünlüyünü araşdırıblar.

"Rus raketlərinin nəzərdə tutulmayan yerlərdə partlamaq kimi "adəti" var. Kim zəmanət verir ki, təyyarələr öz marşrutlarından çıxaraq yaşayış binalarının üstünə düşməyəcək?", - deyə erməni portalı lragir yazır.

Erməni mətbuatı təyyarələrin manevrinin əzələ nümayişi olduğunu bildirərək sual verir: "Rus ordusu kimi qorxutmaq istəyir? Erməniləri? Yoxsa ermənilərin düşmənlərini?"

Geri dön