Ana Sayfa > Xəbər > Merkel: "Dünya əhalisinin 70%-i 2022-ci ilin ortalarına qədər peyvənd olunmalıdır"
Merkel: "Dünya əhalisinin 70%-i 2022-ci ilin ortalarına qədər peyvənd olunmalıdır"31-10-2021, 11:33. Yazar: admin |
İtaliyanın paytaxtı Romada keçirilən sammitdə "Böyük İyirmilik" (G20) ölkələrinin liderləri 2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70%-nin koronavirusa qarşı peyvənd olunması təklifini dəstəkləyiblər. "Report" xəbər verir ki, bunu Almaniya kansleri vəzifəsini icra edən Angela Merkel deyib. Onun sözlərinə görə, G20-nin hədəfi ilin sonuna qədər dünya əhalisinin 40%-nin, gələn ilin ortasında isə 70%-nin peyvənd edilməsidir. Merkel əlavə edib ki, Almaniya digər ölkələrə bu il 100 milyon, 2022-ci ildə isə 75 milyon doza vaksin ayıracaq. Geri dön |