Ana Sayfa > Xəbər > Azərbaycandakı bankın ləğv prosesi 20 ildən sonra tamamlana bilər
Azərbaycandakı bankın ləğv prosesi 20 ildən sonra tamamlana bilər29-10-2021, 11:00. Yazar: admin |
Bu ilin sonunadək 2001-ci ildən ləğv prosesində olan "Borçalı Bank"ın ləğv prosesinin tamamlanması gözlənilir. Bunu "APA-Economics"ə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müşaviri Aqşin Cahangirov deyib. Onun sözlərinə görə, gələn il isə daha iki bankın (adları açıqlanmır – red.) ləğv prosesinin tamamlanması nəzərdə tutulur. "Hazırda Azərbaycanda 21 bank ləğv edilməkdədir. Onlardan ən birinci ləğv olunan bank 2001-ci ildə ləğv olunsa da, hələ də proses bitməyib. Biz istəyirik ki, bu il həmin o bankın ləğv edilməsini tamamlayaq. Növbəti ildə əlavə iki bankın ləğv edilməsini başa çatdırılmasını planlaşdırırıq", - deyə A. Cahangirov qeyd edib. Geri dön |