Ana Sayfa > Xəbər > Üç ay aeroportda gizlicə yaşayan şəxsə sərnişinlər yemək alırmış
Üç ay aeroportda gizlicə yaşayan şəxsə sərnişinlər yemək alırmış29-10-2021, 10:46. Yazar: admin |
Üç ay aeroportda gizlicə yaşayan şəxsə sərnişinlər yemək alırmış Hindistan vətəndaşı üç ay ABŞ-da aeroportda gizlicə yaşayıb. Lap məşhur “Terminal” filminin qəhrəmanı kimi. Aditya Sinqhə sərnişinlər yemək alırmış. Vertikal.az xəbər verir ki, 37 yaşlı hindistanlı ABŞ-a 2015-ci ildə gəlib. 2019-cu ilin yayında Oklahoma universitetində magistr dərəcəsi alıb. Sonta bir müddət Kaliforniya ştatının Orinc şəhərində atasının yaşlı dostuna qulluq edib. Sinqh bir də xəbər tutub ki, vizasının vaxtı başa çatıb. 2020-ci ilin oktyabrında Loc-Ancelesdən Çikaqoya uçan Aditya son anda vətəninə qayıtmaq fikrindən daşınıb. Beləcə, aeroportda yaşamağa başlayıb. Sinqh hiss edib ki, ruh tarazlığını məhz burada tapır. Əlaqə saxladığı qız dostu da bu istiqamətdə onu həvəsləndirimiş. Sərnişinlərin hindistanlını yeməklə təmin etməsi burada yaşamaq imkanını artırıb. Çikaqo aeroportunda cəmi üç ay gizlənmək mümkün olub. 2021-ci il yanvarın 16-da hava limanının iki əməkdaşı ondan şübhələnib. Aeroport menecerinin itirdiyi nişan Sinqhin yaxasında görünəndə şübhə yaranıb. Polis onu həbs edib. Sinqhə qarşı sərhədi qanunsuz keçməklə bağlı ittiham irəli sürülüb. Kuk dairəsinin məhkəməsi onu müvəqqəti azadlığa buraxıb. Hindistan vətəndaşı ilə bağlı yekun qərar oktyabrın 29-da veriləcək. Onun deportasiya olunması gözlənilir. Geri dön |