Ana Sayfa > Xəbər > Prokuror Müsavat Partiyasının həbsdə olan üzvünə cəza istəyib
Prokuror Müsavat Partiyasının həbsdə olan üzvünə cəza istəyib12-03-2015, 17:34. Yazar: admin |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü Sirac Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, S. Kərimlinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, Sirac Kərimli ötən il iyulun 17-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham edilir. Geri dön |