Ana Sayfa > Xəbər > Natiq Əliyev: “Cənub Qaz Dəhlizi”nin tikintisi nəzərdə tutulan qrafiki qabaqlayır”
Natiq Əliyev: “Cənub Qaz Dəhlizi”nin tikintisi nəzərdə tutulan qrafiki qabaqlayır”7-05-2015, 11:43. Yazar: admin |
Azərbaycan təbii qazını Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəql edəcək “Cənub Qaz Dəhlizi”nin tikintisi qrafikdə nəzərdə tutulan vaxtla müqayisədə daha sürətlə aparılır. “APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev Almaniyanın “Sputnik” nəşrinə bildirib. Nazirin sözlərinə görə, hazırda inşası davam etdirilən Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) Cənubi Qafqaz Boru Kəmərinin davamı olaraq İtaliya sərhədinə qədər uzanacaq Trans-Adriatik Təbii Qaz Boru Xətti (TAP) birləşəcək: “Bu işlər 2019-cu ilə qədər yekunlaşacaq. Hədəfimiz həmin il Türkiyəyə 6 milyard kubmetr qaz tədarük etməkdir. 2020-ci ildə isə Avropaya 10 milyard kubmetr həcmində qaz çatdıracağıq”. N. Əliyev əlavə edib ki, bu kəmər Avropa üçün alternativ təbii qaz mənbələrini təmin edəcək: “Lakin bu, Avropa İttifaqı ölkələri tərəfindən alınan Rusiya qazının həcmi ilə müqayisə olunası həcmdə deyil. Avropa İttifaqı enerji resurslarının idxalını diversifikasiya edəcəyinə ümid edir. Hazırda Avropanın ümumi istehlakının təxminən 1/3-i Rusiya qazının payına düşür və onlar bu asılılığı azaltmaq istəyirlər”. Geri dön |