Ana Sayfa > Xəbər > Ukraynada “Sağ sektor” “erməni soyqırımı”nın qurbanlarını yad edib - ŞƏRƏFSİZLƏR
Ukraynada “Sağ sektor” “erməni soyqırımı”nın qurbanlarını yad edib - ŞƏRƏFSİZLƏR7-05-2015, 11:31. Yazar: admin |
Dnepropetrovskda Sergey Niqoyan meydanında “Sağ sektor” “erməni soyqırımı”nın qurbanlarının xatirəsini anıb. Oxu.az xəbər verir ki, bu barədə Ukraynanın “Sağ sektor” təşkilatının saytında bildirilib: ““Sağ sektor”un Dnepropetrovsk mərkəzi, xalq deputatı Dmitri Yaroşun yardımçısı Marina Denisenko başda olmaqla, Sergey Niqoyan meydanındakı kilsədə “erməni soyqırımı”nın 100 illiyinə həsr edilmiş tədbirdə iştirak ediblər”. Kapellan Nikolay Medinski “Jeleznyak” bu tədbirdə iştirak edib, erməni diasporasının nümayəndələri ilə görüşüb və təəssüfləndiyini bildirib: “Dərd yalnız insanları deyil, bütün xalqları da birləşdirir. Tanrı bizimlədir, çünki həqiqət bizimlədir! Millətə eşq olsun!”. Geri dön |