Ana Sayfa > Xəbər > Füzulinin icra başçısından bayram yığımı - ilginc iddia
Füzulinin icra başçısından bayram yığımı - ilginc iddia12-03-2015, 16:49. Yazar: admin |
Füzuli rayonundan GUNDEMİNFO.AZ-a daxil olan informasiyaya əsasən dünən rayonun icra hakimiyyətinin başçısı Alı Alıyev toplantı keçirib. Rayondakı mənbələr bildirir ki, icra başçısı bütün idarə rəhbərlərinə Novruz bayramı ilə bağlı olaraq göstəriş verib. Göstərişə əsasən rayonda bayram tədbirlərinin keçirilməsi üçün hər bir idarə müdiri 5 min manat vəsaiti «ümumi büdcəyə» təhvil verməlidir. Məlumata əsasən hazırlanmış siyahıda adları olan bütün idarə rəhbərləri vəsaiti başçısının təyin etdiyi yaxın adamına verməyə başlayıblar. GUNDEMİNFO.AZ-a danışan mənbə bildirir ki, icra başçısının bu göstərişi bəzi vəzifəli şəxslər arasında narazılığın yaranmasına da səbəb olub. Məlumatlara əsasən pul yığımı göstərişində hətta kitabxana, uşaq bağçası, məktəb direktorlarının da adları var Narazılıq da ondan ibarətdir ki, kiçik idarələrinin və müəssisələrin rəhbərləri bununla faktiki olaraq hər kəsə eyni həcmdə bayram pulu təyin edilməsindən narazıdırlar. Geri dön |