Ana Sayfa > Xəbər > Rəşad Mahmudov: “Məhkəmə qərarı olmadan səhiyyə işçilərinin adları mətbuatda çəkilməsin”

Rəşad Mahmudov: “Məhkəmə qərarı olmadan səhiyyə işçilərinin adları mətbuatda çəkilməsin”


15-10-2021, 13:33. Yazar: admin

Rəşad Mahmudov: “Məhkəmə qərarı olmadan səhiyyə işçilərinin adları mətbuatda çəkilməsin”
Milli Məclisin iclasında deputat Rəşad Mahmudov səhiyyə işçilərinin işgüzar nüfuzunun qorunmasının vacibliyini bildirib.

Oxu.Az-ın məlumatına əsasən, R.Mahmudov səhiyyə işçilərinin işgüzar nüfuzuna zərər vurulması ilə bağlı cinayət məsuliyyətinin nəzərdə tutulmasını təklif edib.

“Mətbuatda bəzən həkimlər haqqında yalan məlumatlar çıxır. Əgər bir məsələ varsa, o, araşdırılmalıdır. Məhkəmə qərarı olmadan səhiyyə işçilərinin adlarının çəkilərək mətbuatda işıqlandırılmasının qarşısı alınsın”, - deyə R.Mahmudov əlavə edib.
Geri dön