Ana Sayfa > Xəbər > Kəramət Böyükçölün atası, oğlunun səhhəti barədə danışdı

Kəramət Böyükçölün atası, oğlunun səhhəti barədə danışdı


14-10-2021, 12:59. Yazar: admin
Kəramət Böyükçölün atası, oğlunun səhhəti barədə danışdı

Kəramət Böyükçölün atası, oğlunun səhhəti barədə danışdı
14 oktyabr, 2021 [12:37]
Kəramət Böyükçölün atası, oğlunun səhhəti barədə danışdı
Kəramət Böyükçöl
“Kəramət 21 günlük müalicədən sonra evə buraxılacaq”.
Bunu Bizimyol.info-ya Maştağadakı Narkoloji Dispanserə yerləşdirilən yazıçı Kəramət Böyükçölün atası, şair-publisist Qəşəm Nəcəfzadə deyib

Kəramət Böyükçölün atası, oğlunun səhhəti barədə danışdı
Kəramət Böyükçölün atası oğlu ilə bir neçə gün əvvəl görüşdüyünü və onun səhhətinin yaxşı olduğunu bildirib.

“Müalicə yüksək səviyyədə gedir. Əvvəl görüşə bilmirdik. Sonra görüşə icazə verdilər və gördüm ki, oğlumun vəziyyəti yaxşıdır. Özü də deyir ki, yemək-içməyi, baxılmağı çox yaxşıdır.

Telefonla verilməsi ilə bağlı müraciət etmişdim. Amma aydın oldu ki, telefon özü də müalicənin gedişatına mənfi təsir göstərdiyi üçün icazə vermirlər. Çünki hər dəfə eyni şeyləri danışdıqda yenidən xatırlayır və bu da müalicəni axsadır.

Ayın 7-si xəstəxanaya yerləşdirilib və 21 günün tamamında buraxılacağı deyilir”,- deyə Q.Nəcəfzadə bildirib.

Leyla Mirzə, Bizimyol.info
Geri dön