Ana Sayfa > Xəbər > Azərbaycan Xalq artisti Vladimir Putinə teleqram vurdu: - “Yazdım ki...”

Azərbaycan Xalq artisti Vladimir Putinə teleqram vurdu: - “Yazdım ki...”


13-10-2021, 17:34. Yazar: admin
Azərbaycan Xalq artisti Vladimir Putinə teleqram vurdu: - “Yazdım ki...”

Xalq artisti, rejissor Şeyx Əbdül Mahmudbəyov Rusiya Prezidenti Vladimir Putinə teleqram vurub.

Bu barədə Qaynarinfo-ya sənətkarın özü məlumat verib.

Sənətkar teleqramda Rusiya Prezidentinə ermənilərin xəyanətindən söz açdığını vurğulayıb:

"Yazdım, cənab Putin, bizə 200 ildir olan-olub. Növbəti erməni xəyanəti Rusiyada olacaq, görün ermənilər rusların başına nə oyunlar açacaq”.

Rejissor hesab edir ki, bu gün yaltaq politoloqların müşahidələrinə, fikirlərinə aldanmaq olmaz:

"Onlardan bir şey çıxmayıb. Bu gün Azərbaycanda müharibəni, iqtisadiyyatı, siyasəti, ideologiyanı aparan bir şəxs var - o da Prezident İlham Əliyevdir, vəssalam”.
Geri dön