Ana Sayfa > Xəbər > Azərbaycanda son sutkada 1813 nəfər COVID-19-dan sağalıb, 712 nəfər yoluxub, 14 nəfər vəfat edib
Azərbaycanda son sutkada 1813 nəfər COVID-19-dan sağalıb, 712 nəfər yoluxub, 14 nəfər vəfat edib3-10-2021, 18:53. Yazar: admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 712 yeni yoluxma faktı qeydə alınıb, 1 813 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 485 987 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 464 611 nəfər müalicə olunaraq sağalıb, 6 573 nəfər vəfat edib, aktiv xəstə sayı 14 803 nəfərdir. Ölkədə son sutka ərzində 8 760, hazırkı dövrədək isə 4 887 165 test aparılıb. Geri dön |