Ana Sayfa > Xəbər > Kamran Əliyev: “Rusiya və Ermənistan Baş prokurorları ilə üçtərəfli görüşdə bəzi razılaşmalar əldə olunub”

Kamran Əliyev: “Rusiya və Ermənistan Baş prokurorları ilə üçtərəfli görüşdə bəzi razılaşmalar əldə olunub”


1-10-2021, 11:05. Yazar: admin
Kamran Əliyev: “Rusiya və Ermənistan Baş prokurorları ilə üçtərəfli görüşdə bəzi razılaşmalar əldə olunub”

"Bir müddət əvvəl Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Rusiyanın təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistanın Baş prokurorlarının görüşündə bəzi məsələlər müzakirə olunub".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, görüşdə bəzi razılaşmalar əldə olunub: "Razılıq ondan ibarətdir ki, Rusiya prokurorluğunun vasitəsi ilə əməkdaşlığımız davam etsin. Bu əməkdaşlığın əsas məqsədi bölgədə, regionda sabitliyin təmin edilməsi, gərginliyin azaldılması və zərurət yarandığı hallarda biri-birimizə köməyin göstərilməsidir. Digər məsələlər də müzakirə olunub, qarşı tərəfin bizə müraciətləri daxil olub. Onların verdiyi müraciətlərə baxılır və araşdırılır".
Geri dön