Ana Sayfa > Xəbər > Azərbaycandakı əcnəbilərin bank kartları ilə apardığı əməliyyatların həcmi kəskin artıb

Azərbaycandakı əcnəbilərin bank kartları ilə apardığı əməliyyatların həcmi kəskin artıb


30-09-2021, 11:53. Yazar: admin
Azərbaycandakı əcnəbilərin bank kartları ilə apardığı əməliyyatların həcmi kəskin artıb

Bu ilin yanvar-avqust ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 712,2 mln. manat təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artıb.

Cari ilin avqust ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 104,2 mln. manatlıq əməliyyat aparıblar ki, bu da iyul ayı ilə müqayisədə 9,5% çoxdur.
Geri dön