Ana Sayfa > Xəbər > Türkiyə Prezidenti: ““S-400”-ə görə ABŞ-la qarşıdurmaya dəyərdi”
Türkiyə Prezidenti: ““S-400”-ə görə ABŞ-la qarşıdurmaya dəyərdi”30-09-2021, 11:51. Yazar: admin |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan “S-400” zenit raket komplekslərinin alınmasının səbəblərini açıqlayıb. APA-nın xəbərinə görə, Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində “New York Times”ə müsahibəsində bildirib ki, əgər ABŞ “Patriot” sistemini satsaydı, Türkiyə Rusiyadan “S-400”-ləri almaq məcburiyyətində qalmayacaqdı. O, həm NATO Baş katibi Yens Stoltenberq, həm də sabiq ABŞ Prezidenti Donald Trampın Türkiyənin silah tədarükçülərini seçmək hüququnu tanıdıqlarını xatırladıb. “Rusiyadan “S-400”-lərin alınmasına görə ABŞ-la qarşıdurmaya dəyərdi?” sualına isə Ərdoğan belə cavab verib: “Məncə buna dəyərdi. İstədiyimiz kimi müdafiəmizi gücləndirə bilərik”. Ərdoğan Türkiyə-ABŞ münasibətlərinin əhəmiyyətinə toxunub. O qeyd edib ki, ölkəsinin ABŞ-la uzun illərə söykənən əlaqələrin qorunması və gücləndirilməsi lazımdır. Geri dön |