Ana Sayfa > Xəbər > XƏBƏRDARLIQ: Koronavirusun əsas simptomları dəyişib
XƏBƏRDARLIQ: Koronavirusun əsas simptomları dəyişib29-09-2021, 09:25. Yazar: admin |
Son vaxtlar koronaviruslu xəstələrdə mədə-bağırsaq traktı ilə əlaqəli simptomlar daha tez -tez rast gəlinir. Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı epidemioloq Xədicət Ömərova deyib: “Koronavirus infeksiyası olan xəstələrdə edilən 35 araşdırmanın meta-analizinin nəticələrinə görə... mədə-bağırsaq traktının simptomlarının ümumi yayılması 15 % təşkil edir və ən çox rast gəlinənləri ürəkbulanma, qusma, ishal və iştahsızlıqdır”. Mütəxəssis vurğulayıb ki, koronaviruslu hər onuncu xəstədə heç bir əlavə simptom olmaya bilər. Epidemiyanın ikinci dalğasında virusun mədə-bağırsağa təsiri daha tez-tez ortaya çıxmağa başlayıb, Ömərova bunun COVID-19 mutasiyalarından qaynaqlandığını qeyd edib. Xəstəliyin fonunda sistemli iltihab və mikrosirkulyasiya pozğunluğu səbəbindən mədə-bağırsaq mukozasının keçiriciliyinin artması müşahidə olunur. Alimlər mədə-bağırsaq traktının tənəffüs sistemi ilə birlikdə koronavirusun “giriş qapısı” kimi xidmət edə biləcəyi hipotezini nəzərdən keçirirlər. Geri dön |