Ana Sayfa > Xəbər > Ramin Bayramlı daha bir vəzifəsindən ayrıldı
Ramin Bayramlı daha bir vəzifəsindən ayrıldı24-09-2021, 17:18. Yazar: admin |
Bu ayın əvvəlində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsindən istefa verən Ramin Bayramlı Azərbaycan Tibb Universitetindəki (ATU) işindən də ayrılıb. Bu barədə ATU-nun mətbuat katibi Günel Aslanova məlumat verib. G.Aslanova qeyd edib ki, R.Bayramlının ATU ilə bağladığı müqavilənin müddəti başa çatıb: “Ramin Bayramlı Azərbaycan Tibb Universitetində əvəzçilik müqaviləsi əsasında çalışırdı. Yeni müqavilə üçün müraciət etməyib. Hazırda bizim işçimiz deyil”. Xatırladaq ki, Ramin Bayramlı 2 dekabr 2019-cu ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmrilə TƏBİB-in İdarə Heyətinin sədri təyin edilib. O, 12 sentyabr 2021-ci ildə tutduğu vəzifədən istefa verib. Mənbə: Modern.az Geri dön |