Ana Sayfa > Xəbər > Boran Əziz etiraz əlaməti olaraq Müsavatdan istefa verdi - AÇIQLAMA
Boran Əziz etiraz əlaməti olaraq Müsavatdan istefa verdi - AÇIQLAMA6-05-2015, 11:14. Yazar: admin |
"Müsavat Partiyası Suraxanı rayon təşkilatının keçmiş sədri, tanınmış tarixçi alim Boran Əziz partiyadan istefa verib”. Bunu Hafta.az-a partiyanın Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli deyib. O bildirib ki, Boran Əziz istefa ərizəsində bu fikirləri vurğulayıb: “Müsavat Partiyasının keçirilmiş qurultayından sonra Vurğun Əyyubun bəzi siyasi addımlarını təqdir etməsəm də, son günlər ona qarşı aparılan qisasçı, kin və qərəz kampaniyasına, repressiv tədbirlərə qəti etirazımı bildirərək Müsavat Partiyasının sıralarından istefa verirəm”. Qeyd edək ki, Suraxanı rayon təşkilatının üzvləri bu gün saat 16:00-da Müsavat Partiyasının qərargahının qarşısında aksiya keçirməyi də planlaşdırıb. Geri dön |