Ana Sayfa > Xəbər > Ramin Bayramlı istefa verdi - RƏSMİ + FOTO
Ramin Bayramlı istefa verdi - RƏSMİ + FOTO12-09-2021, 10:43. Yazar: admin |
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı tutduğu vəzifədən azad edilməsi üçün ərizə yazıb. O bu barədə "Twitter" səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Hörmətli dostlar! Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm. Bundan sonra da Vətənimə və xalqıma xidmətimi davam etdirəcəyəm” - o, tvitində bildirib. Geri dön |