Ana Sayfa > Xəbər > Sabiq başçı ilə təmasda olan hər kəs karantinə alınıb
Sabiq başçı ilə təmasda olan hər kəs karantinə alınıb9-09-2021, 18:05. Yazar: admin |
Koronavirusdan vəfat edən Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevlə Gəncə İstintaq Təcridxanada kontaktda olan bütün şəxslər karantinə götürülüb. Bizimyol.info xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, Nazirliyin Tibb Baş İdarəsi hazırda onların səhhətinə xüsusi nəzarət edir. Xatırladaq ki, Gəncə İstintaq Təcridxanasında koronavirusa yoluxan sabiq icra başçısı sentyabrın 7-də səhhəti pisləşdiyi üçün Gəncə modul tipli xəstəxanaya yerləşdirilib və sentyabrın 8-də orada vəfat edib. Geri dön |