Ana Sayfa > Xəbər > Zaur Dadaev həbsindən şikayət verib
Zaur Dadaev həbsindən şikayət verib12-03-2015, 15:44. Yazar: admin |
Rusiyada müxalifət lideri Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadaevin vəkili onun həbsindən şikayət verib. Bu barədə Basman məhkəməsinin sözçüsü Anna Fafeeva məlumat verib. Bundan əvvəl eyni işə görə həbs edilmiş Anzor Gubashev,Hamzat Bakhaev və Tamerlan Eskerkhanov da həbslərindən şikayət veriblər. Hələlik yalnız Zaur Dadaevlə Anzor Gubashevə qarşı ittiham irəli sürülüb. Şübhəlilərin hamısı Nemtsovun qətlində əlləri olmadıqlarını deyirlər. Keçmiş çüçün polisi Zaur Dadaev martın 10-da ilkin ifadəsindən imtina edib. O ilkin ifadəsində bu cinayəti boynuna almışdı. Amma sonradan bildirib ki, o bu ifadəni təzyiq altında verib. Həmçinin hüquq müdafiəçiləri təcridxanada ona işgəncə verildiyini deyirlər. Prezident Vladimir Putinin əsas tənqidçilərindən olan Nemtsov fevralın 27-də Moskvanın mərkəzində güllələnib. Geri dön |