Ana Sayfa > Xəbər > Tağı Əhmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi
Tağı Əhmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi2-08-2021, 13:10. Yazar: admin |
Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib. Axar.az-a daxil olan məlumata görə, bu gün səhər saatlarında T.Əhmədovun ürəyində ciddi narahatlıq yaranıb. Az öncə isə DTX Hospitalının Kardiologiya şöbəsində müayinəsinə başlanılıb. Qeyd edək ki, 1948-ci il təvəllüdlü Tağı Əhmədov 2014-cü ildə Bakı Metropoliteni QSC-nin sədri vəzifəsindən azad edilib. Geri dön |