Ana Sayfa > Xəbər > Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı - RƏSMİ
Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı - RƏSMİ31-07-2021, 12:30. Yazar: admin |
Azərbaycanda bu gündən etibarən benzinin qiymətinə dəyişiklik edilib. Musavat.com xəbər verir ki, “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Oxu.Az-a açıqlamasında bildirib ki, səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium markalı benzinin 1,45 AZN-dən satışına başlanılıb. O əlavə edib ki, qiymət artımının əsas səbəbi məhsulun idxal dəyərinin də artmasıdır: “Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmur. Onu xaricdən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin də 5 qəpik artmasına səbəb olub”. Qeyd edək ki, sonuncu dəfə “Aİ-95” premium markalı benzinin qiyməti 15 qəpik artaraq 1 manat 40 qəpik olmuşdu. Geri dön |