Ana Sayfa > Xəbər > Keçmiş erməni deputat həbsdən buraxıldı
Keçmiş erməni deputat həbsdən buraxıldı5-05-2015, 12:26. Yazar: admin |
Bir sıra iqtisadi qanun pozuntularına yol verməkdə təqsirkar bilinən Ermənistan parlamentinin keçmiş deputatı Akop Akopyan aprelin 4-də axşam saatlarında azadlığa çıxıb. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, onun vəkili deyib ki, həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət təmin olunub. Əvvəllər səhhətindəki problemlərdən şikayətlənən keçmiş deputat bundan sonra sağlamlığının bərpasına diqqət ayıracaq. Akop Akopyan vergidən yayınmada və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda günahkar bilinirdi. Keçmiş deputat fevralın 4-də həbs olunmuşdu. Geri dön |