Ana Sayfa > Xəbər > "Ərim məni tərk etdi, ailəm sahib çıxmadı, uşaq yeməyi almaq üçün 2 aydır fahişılik edirəm"

"Ərim məni tərk etdi, ailəm sahib çıxmadı, uşaq yeməyi almaq üçün 2 aydır fahişılik edirəm"


12-03-2015, 15:18. Yazar: admin
"Ərim məni tərk etdi, ailəm sahib çıxmadı, uşaq yeməyi almaq üçün 2 aydır fahişılik edirəm"
"Ərim məni tərk etdi, ailəm sahib çıxmadı, fabrikdə çalışdım, amma uşağıma baxa bilmədim. Uşağıma yemək almaq üçün 2 aydır fahişılik edirəm"

ANS PRESS-in məlumatına görə, Türkiyənin Adana bölgəsində eskort saytı yaradaraq fahişəlik edən qadın saxlanılarkən polislərə belə deyib.

20 yaşlı E. A.-nın sayt açaraq fahişəlik etdiyini öyrənən Əxlaq Polisi onu təqib edib və qadın müştərisinə seks xidməti göstərərkən evə basqın edilib. Polisin keçirdiyi əməliyyat zamanı ev sahibi də saxlanılıb.

Məlum olub ki, E.A hər müştərisi ilə görüşdükdən sonra evini istifadə etdiyi 55 yaşlı ev sahibəsinə 50 - 100 lirə məbləğində pul ödəyib.

Qadın bundan 4 il əvvəl bir kişi ilə qaçaraq ərə getdiyini və bu evlilikdən 2 yaşında bir uşağının olduğunu açıqlayıb. Ailəsinin xeyir-duası olmadan ailə qurduğu üçün doğmalarının onunla əlaqəni kəsib. 6 ay əvvəl əri atıb getdikdə tək başına qalan qadın ailəsi ilə barışmaq istəsə də, üzünə baxan olmayıb.

"Ailəmin yanına getdim, məni qəbul etməyib üzümə belə baxmadılar. Məndə əvvəl bir fabrikdə işə başladım, amma gündə 12 saat çalışdığım üçün uşağıma dayə tutdum. Aldığım pul uşağın baxıcısına gedirdi, uşaq yeməyi almağa pulum qalmırdı. Çıxılmaz vəziyyətdə idim. Əvvəlllər internetdə sayt yaradıb fahişəliklə çoxlu pul qazananları görmüşdüm. Mən də eyni yolla pul qazanmaq üçün eskort saytı açdım. 2 aydır bu işlə məşğulam" - deyə izahatında bildirib.

Geri dön