Ana Sayfa > Xəbər > Deputat: “Neftin qiyməti qalxmayacaq”

Deputat: “Neftin qiyməti qalxmayacaq”


5-05-2015, 11:20. Yazar: admin
Deputat: “Neftin qiyməti qalxmayacaq”
“Neftin qiymətinin kəskin şəkildə ucuzlaşması dünyada gedən siyasi proseslərlə bağlıdır”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov söyləyib.

Onun sözlərinə görə, ilin sonuna qədər neftin qiymətinin artacağı ehtimalı yoxdur:

“Rusiya ilə Ukrayna arasında yaşanan gərginliklər, ABŞ-ın Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməsi, İranın nüvə məsələsində Qərblə razılaşması, Yəməndə və digər ərəb ölkələrində baş verən müharibələr, bir sözlə dünyada siyasi gərginliyin artması neftin qiymətinin düşməsinə səbəb olub. Hazırda dünyada siyasi gərginlik davam etdiyinə görə, neftin qiymətinin yenidən artacağı real görünmür. Ən azından 2015-ci ilin sonuna qədər vəziyyət bu şəkildə davam edəcək”.

Geri dön