Ana Sayfa > Xəbər > Naxçıvanda əməkhaqqının miqdarı artıb

Naxçıvanda əməkhaqqının miqdarı artıb


12-06-2021, 10:58. Yazar: admin
Naxçıvanda əməkhaqqının miqdarı artıb

Naxçıvanda orta aylıq əməkhaqqının miqdarı açıqlanıb.

Oxu.Az-ın Naxçıvan Muxtar Respublikasının Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin yanvar-aprel aylarında əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.

Beləliklə, muxtar respublikada bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 536,3 manat təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-aprel aylarında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 519,9 manat olub.
Geri dön