Ana Sayfa > Xəbər > Vilayət Eyvazovdan yeni rəis təyinatı
Vilayət Eyvazovdan yeni rəis təyinatı27-05-2021, 17:09. Yazar: admin |
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. “Report”un məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Samir Quliyev Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 33-cü Polis Bölməsinə (PB) rəis təyin edilib. Qeyd edək ki, S.Quliyev bu təyinata qədər Qaradağ RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsində çalışıb. Xatırladaq ki, daha əvvəl Suraxanı RPİ-nin 33-cü PB-nin rəisi polis polkovnik-leytenantı Tuncay Abbasov olub. O, aprel ayında işdən azad edilərək Binəqədi RPİ-nin 7-ci PB-nin rəisi vəzifəsinə təyin olunub. T.Abbasov deputat Aqil Abbasın oğludur. Geri dön |