Ana Sayfa > Xəbər > "Bakı Metropoliteni": İyunun 1-nə qədər sərnişindaşımaya tam hazır olacağıq
"Bakı Metropoliteni": İyunun 1-nə qədər sərnişindaşımaya tam hazır olacağıq20-05-2021, 15:20. Yazar: admin |
Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 1-dən Bakı metrosunda sərnişindaşımanın bərpa edilməsinə qərar versə, bu qərarı icra etmək problem olmayacaq. Bunu “Report”a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib. "Hazırda metronun "Elmlər Akademiyası" stansiyasında təmir işləri gedir. Amma bu işləri iyunun 1-nə qədər başa çatdıracağıq və sərnişindaşımaya tam hazır olacağıq", - deyə o, qeyd edib. Geri dön |