Ana Sayfa > Xəbər > Rüşvətə görə qovulan nazirin oğlu qəzaya düşdü

Rüşvətə görə qovulan nazirin oğlu qəzaya düşdü


4-05-2015, 15:58. Yazar: admin
Rüşvətə görə qovulan nazirin oğlu qəzaya düşdü
Türkiyənin sabiq iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu avtomobil qəzasına düşüb. Qəza zamanı iki nəfər ölüb.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza zamanı avtomobili keçmiş nazirin oğlu Kağan Çağlayan özü idarə edirmiş. Ankarada baş vermiş qəzada sürət həddini aşan maşın keçmiş nazirin oğlunun idarə etdiyi maşına çırpılıb. Qəza zamanı iki nəfər ölüb, K.Çağlayan isə xəsarət alıb.

Qeyd edək ki, Zəfər Çağlayan 2013-c ilin 17 dekabrında Türkiyədə həyata keçirilən rüşvət və korrupsiya əməliyyatlarından sonra istefaya göndərilmişdi.

Geri dön