Ana Sayfa > Xəbər > Tsarnaevin valideyinləri Boston məhkəməsində ifadə verəcək

Tsarnaevin valideyinləri Boston məhkəməsində ifadə verəcək


4-05-2015, 15:44. Yazar: admin
Tsarnaevin valideyinləri Boston məhkəməsində ifadə verəcək
Boston partlayışlarında şübhəli bilinən Dzhokhar Tsarnaevin valideyinlərinin mayın 4-də Boston məhkəməsində ifadə verəcəkləri gözlənilir.

Onun 5 ailə üzvünün məhkəmədə sorğu-sual ediləcəkləri nəzərdə tutulur.

Onlar Bostona aprelin 23-də Rusiyadan uçublar.

Məhkəmə 21 yaşlı Tsarnaevə ömürlük həbs və ya ölüm hökmü kəsilməsini müəyyən etməlidir.

2013-cü ilin aprelində Bostonda keçirilən marafonun sonunda törədilən partlayışlarda 3 nəfər ölüb, 260-dan çox adam isə xəsarət alıb.

Prokuror ona ölüm hökmü istəyib.

Həmin vaxt onunla birlikdə olan böyük qardaşı Tamerlan Tsarnaev isə polislə atışmada öldürülüb.

Geri dön