Ana Sayfa > Xəbər > "Əslində, mən bu mahnının piarını demək olar ki, etmədim"

"Əslində, mən bu mahnının piarını demək olar ki, etmədim"


4-05-2015, 15:26. Yazar: admin
"Əslində, mən bu mahnının piarını demək olar ki, etmədim"
Hit mahnıların müəllifi Pərviz Mahmudov Türkiyənin “Elenor” şirkəti ilə müqavilə bağlayıb.

“Qafqazinfo”nun məlumatına görə, bir müddət öncə ifa etdiyi “Canımda cansan” mahnısına görə, türk şirkətindən təklif alan bəstəkar gələcək planlarını açıqlayıb:

“Mahnımı çox bəyəniblər. Əslində, mən bu mahnının piarını demək olar ki, etmədim. Bir Araz FM-də səsləndi, bir də internetdə yayıldı. Neçə vaxtdır ki, yükləmə sayına görə birinci yerdədir. Türkiyənin “Elenor” şirkəti də mahnımı saytda görüb. Sözügedən şirkət Ajda Pekkan, Demet Akalın, Gülbən Ərgən kimi məşhurlarla çalışır. İndi də mənə işbirliyi təklif etdilər, mən də qəbul etdim.

Ümumiyyətlə, mənim xasiyyətim belədir ki, çox üzdə olmağı sevmirəm. Hər gün efirlərə çıxmaq hələ bir iş görmək demək deyil. Efirlərdə tullanıb düşən, adını bəstəkar qoyaraq “plagiat” mahnılar yazanlar ildə bir musiqi ortaya çıxarıb elə bəh-bəhlə danışırlar ki...

Düz 10 ildir ki, bu sahədə ən uğurlu insanlardanam, amma bir dəfə də bəstələrimi şişirtməmişəm. Heç buna ehtiyac da yoxdu. Çünki hər gün demək olar ki, bütün televiziya verilişlərində öz musiqilərimlə tamaşaçıların qonağı oluram”.

Geri dön