Ana Sayfa > Xəbər > Türkiyədə donuz qripi təhlükəsi ciddiləşir- 13 nəfər!

Türkiyədə donuz qripi təhlükəsi ciddiləşir- 13 nəfər!


12-03-2015, 14:57. Yazar: admin
Türkiyədə donuz qripi təhlükəsi ciddiləşir- 13 nəfər!
Türkiyənin İstanbul şəhərində İnkişaf Tibb Laboratoriyaları bu ilin ilk üç ayında qrip şikayəti ilə müraciət edən xəstələrin 13-ündə donuz qripi aşkarlandığını açıqlayıb. Bildirilir ki, müraciət edən 164 xəstədən 13-ündə donuz qripi virusu aşkarlanıb.

İnfeksiya xəstəlikləri və klinik mikrobiologiya mütəxəssisi Paşa Göktaş bildirib ki, ölkədə donuz qripi epidemiya halında olmasa da, getdikcə artır. O qeyd edib ki, qış və yaz aylarında donuz qripi artıb. O, vəziyyətin nəzarətdə olduğunu da vurğulayıb. Həmçinin, bildirib ki, yüksək hərarət olduğu halda, mütləq həkimə müraciət etmək lazımdır.

Geri dön