Ana Sayfa > Xəbər > Dövlət Vergi Xidmətində 2 yeni baş idarə yaradılıb - Dəyişiklik
Dövlət Vergi Xidmətində 2 yeni baş idarə yaradılıb - Dəyişiklik8-05-2021, 10:11. Yazar: admin |
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması Baş İdarəsi (Katiblik) ləğv edilib. “Report”un məlumatına görə, onun bazasında 2 yeni baş idarə - Sənədlərlə iş və icra intizamına nəzarət (Katiblik) Baş İdarəsi və İnzibati şikayətlərə baxılması Baş İdarəsi yaradılıb. Bununla da, Dövlət Vergi Xidmətinin tərkibindəki strukturların sayı 27-yə çatıb. Geri dön |