Ana Sayfa > Xəbər > Ermənilər Şuşa və Hadrudu qaytarmaq üçün "hərəkət"ə keçib? - Elxan Şahinoğlu ilə "Canlı"da
Ermənilər Şuşa və Hadrudu qaytarmaq üçün "hərəkət"ə keçib? - Elxan Şahinoğlu ilə "Canlı"da30-04-2021, 14:13. Yazar: admin |
Fransa Azərbaycana meydan oxuyur! Cavabı veriləcəkmi? Fransa ölkəmizə qarşı növbəti təxribata hazırlaşır. Bu günlərdə fransalı deputatlardan biri F.Pupponi parlamentin müzakirəsinə daha bir antiazərbaycan qətnaməsinin layihəsini təqdim edib. Ölkəmizin təcavüzkar kimi təqdim edildiyi sənədi Fransa parlamentinin 33 üzvü artıq dəstəkləyib. Onlar təkcə Dağlıq Qarabağla məhdudlaşmayıblar və Azərbaycanın azad etdiyi ətraf 7 rayonu da öz qətnamə layihələrində hansısa “təmas xətti zonası” elan ediblər. Bundan əlavə, sənəddə Azərbaycan işğal edilmiş ərazilərini azad etdiyi üçün qınanır. Qətnamə layihəsində həmçinin Bakıdan 60-dan çox erməni diversantının azad edilməsi tələb olunur. Az öncə saxta soyqırımın ildönümü ilə bağlı İrəvanda səfərdə olmuş Fransa Senatının sədri Jerar Larşe eyni tələblə çıxış eləmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə digər təxribatçı açıqlamalar vermişdi. Bundan əlavə, məlumatlara görə, Larşenin rəhbərlik elədiyi nümayəndə heyəti bu günlərdə Xankəndinə də gedib. Beləcə, Fransa açıq-aşkar ermənidən çox erməni olduğunu isbatlamağa və Bakıya qarşı de-marşlara davam edir. Ermənistan kimi heç bir beynəlxalq hüququ hərləməyərək, Azərbaycana əməlli-başlı meydan oxuyur, ərazi bütövlüyümüzü şübhə altına alır. Bəs buna cavabımız nə olmalıdır? Səfir XİN-ə çağırılacaqmı? Fransanın formal həmsədrliyindən imtina ediləcəkmi? Diplomatik münasibətlər kəsiləcəkmi? Xocalı hərbi canisi, Ermənistanın eks-prezidenti Robert Köçəryandan sərsəm iddia: “Əminəm ki, danışıqlar yolu ilə biz keçmiş DQMV-nin ərazisini bərpa edə bilərik. Söhbət ilk növbədə Şuşa və Hadrutun qaytarılmasından gedir”. Bunu o, tərəfdarları ilə görüşdə deyib. Bənzər fikri separatçıbaşı Araik də söyləmişdi. Köçəryan onu da bildirib ki, “müharibənin bitməsi hələ konfliktin bitməsi demək deyil, ədalətli sülh olmasa yenə müharibə ola bilər”. Hansı danışıqlardan dəm vururlar, Şuşanı, Hadrudu hara “qaytarmaq” istəyirlər? Onlar bu iddiaları beynəlxalq aləmdə tirajlamaq, himayədarlarının vasitəsilə Azərbaycana təzyiq kampaniyası başlatmaq istəyirlər. "Azərbaycan İsrail dövlətinin müttəfiqi, dostu və enerji resurslarının ən böyük təchizatçısıdır”. Bunu srağagün İsrailin xarici işlər naziri Qabi Aşkenazi İsrail-Azərbaycan Hökumətlərarası komissiyasının ikinci iclasında bildirib. “Biz Azərbaycanla mühüm münasibətlərin inkişafı üzərində işləməyə və onları yeni sahələrdə genişləndirməyə davam edəcəyik”, - Açkenazi deyib. Qeyd edək ki, Azərbaycan 2021-ci ildə İsraildə diplomatik statuslu ticarət nümayəndəliyi və turizmin inkişafı üzrə rəsmi nümayəndəlik açmaq niyyətindədir. Diplomatik statuslu ticarət nümayəndəliyi nə demək? Bəs Azərbaycan diplomatik nümayəndəliyi, yəni səfirliyi nə vaxt açılacaq? Az öncə İsrail mediasına müsahibəsində Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bu sualla bağlı demişdi ki, Azərbaycan-İsrail əlaqələri bizim səfirliklərimizin olduğu bir çox ölkələrlə əlaqələrdən qat-qat yüksək səviyyədədir. Elə isə səfirliyin özü niyə açılmır? Hələ də İran amilimi əngəldir? Gələn həftə Rusiya XİN başçısı Lavrov regiona səfərə gələcək. Əvvəlcə İrəvanda (5-6 may), 5 gün sonra isə Bakıda olacaq. İlham Əliyevlə görüşəcək. İki sual: 1. Nədən İrəvandan sonra dərhal yox, 5 gün sonra Bakıya gələcək? 2. Gündəmdə üçtərəfli sazişlərin reallaşması məsələsimi olacaq, yoxsa? Ümumiyyətlə, Putin onu bölgəyə hansı missiya ilə göndərir? Xatırladaq ki, Lavrov bu günlərə Ceyhun Bayramovla telefonla danışıb. Bu və gündəmdəki digər sualları ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Geri dön |