Ana Sayfa > Xəbər > Daha bir Vətən müharibəsi iştirakçısına VƏZİFƏ VERİLDİ

Daha bir Vətən müharibəsi iştirakçısına VƏZİFƏ VERİLDİ


24-04-2021, 11:53. Yazar: admin
Daha bir Vətən müharibəsi iştirakçısına VƏZİFƏ VERİLDİ

Şəmkir Rayon İcra Hakimiyyətində yeni yaradılan “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinə daha bir təyinat olub.

Axar.az xəbər verir ki, Şəmkir RİH başçısı Alimpaşa Məmmədovun müvafiq əmri ilə qeyd olunan şöbənin böyük məsləhətçisi vəzifəsinə Vətən müharibəsinin iştirakçısı, Füzuli, Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş İlkin Fikrət oğlu Musayev təyin edilib.

Qeyd edək ki, İlkin Musayev 1994-cü ildə Sabirkənd kəndində anadan olub. O, Bakı Dövlət Universitetini bitirib. Ailəlidir, 2 övladı var.
Geri dön