Ana Sayfa > Xəbər > Xalq artisti Ramiz Əzizbəylinin vəziyyəti ağırdır
Xalq artisti Ramiz Əzizbəylinin vəziyyəti ağırdır4-05-2015, 11:37. Yazar: admin |
Tanınmış aktyor, istedadlı rejissor, xalq artisti Ramiz əzizbəylinin səhhəti pisləşib. Bu haqda Modern.az-a xalqı artistinin keçmiş tələbəsi Kərim Kərimli məlumat verib: “Hazırda Ramiz Əzizbəylinin vəziyyəti çox ağırdır. Hamıdan xahiş edirəm ki, onun üçün əlimizdən gələni edək ”. Qeyd edək ki, R.Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi. Bir neçə müddətdir aktyor evə buraxılıb. Geri dön |